Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
2 İyul 2013 18:15 Siyasət"TAP layihəsi ilə bağlı müvafiq qərarların qəbul olunması Azərbaycanın enerji siyasətinin uğurudur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsidir. Onun sözlərinə görə, razılaşma iqtisadi xarakter daşısa da, özünə siyasi dəstək də qazanıb: "Məlum olduğu kimi Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Bu layihə ölkəmizin enerji təhlükəsizliyi sistemində rolunu daha da artıracaq. Eyni zamanda, layihə Azərbaycanın beynəlxalq müstəvidə siyasi mövqelərini də gücləndirəcək. Hesab edirəm ki, TAP layihəsi Ulu öndərimizin müəllifi olduğu neft strategiyasının davamıdır. Ümumiyyətlə, bu layihə və onun şərtləri Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir".