Hacı Əbdül və Çingiz Dəmirçioğlu blok yaratdı
2 İyul 2013 17:08 Siyasət"OLAYLAR"ın verdiyi məlumata görə, Vətən Naminə Xalq Birliyi və ATA bloku birgə mətbuat konfransı keçirib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda ilk olaraq Birlik rəhbəri Hacı Əbdül çıxış edib. Keçmiş deputat yaratdıqlar birlikdən danışaraq xalq naminə birləşdiklərini bəyan edir: "ATA blokunun rəhbəri mənim köhnə dostum Çingiz Dəmiroğludur. İstəyirəm ki o özü bu haqda danmışsın. Biz bu birliyi siyasi m əqsəd üçün təsis etməmişik. Məqsədimiz xalqın birliyinə, milli maraqlar naminə birləşməsinə xidmət edir" .
Çingiz Dəmiroğlu çıxış edərək Hacı Əbdül və onun rəhbəri olduğu birliklə əməkdaşlıqdan böyük zövq aldığını deyib: Mən blok rəhbəri kimi seçkilərə qatılmıyacam, heç bir iddia qoymuyacam. Məqsədimiz milli birliyə çalışmaqdır. Biz deyirik ki, xalqımıza qarşı olan qüvvələrə qarşı birləşək, ancaq milli mənafedən çıxış edək. Hamı Hacı Əbdülü də tanıyır, Çingiz Dəmiroğlunu da tanıyır.Bizim heç kim qarşı öhdəliyimiz yoxdu".