Məşvərət Məclisinin fəaliyyət proqramı qəbul edilib
2 İyul 2013 15:09 SiyasətDemokratik Qüvvələrin Məşvərət Məclisinin Sədrlər Şurasının növbəti iclası keçirilib. Qurumdan "OLAYLAR"-a daxil olan məlumata görə, AMİP-in Qərargahında Yusif Bağırzadənin sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai siyasi vəziyyət, qərarların icra vəziyyəti və cari məsələlər müzakirə olunub. Daha sonra "DQMM - nın Prezident seçkiləri ərəfəsində fəaliyyət proqramı" əsas kimi qəbul edilib. Əlavə və təkliflərdən sonra sənədin növbəti iclasda qəbul olunması qərara alınıb. Həmçinin Məşvərət Məclisi Şahdəniz Konsorsiumunun Azərbaycan qazının Avropaya nəqli üçün "Transadreatik" qaz kəməri marşrutunu seçməsini müsbət addım kimi qiymətləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00