“ABŞ İranı çökdürəcəyinə inanmağa çalışır” - AÇIQLAMA

Zərdüşt Əlizadə: “Zaman göstərəcək ki, tərəflərin müqavimət həddi hara qədərdir”

İyulun 1-dən ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar qüvvəyə minib. Sanksiyalar İranın bütövlükdə xarici ticarətinin məhdudlaşdırılması məqsədi daşıyır və neft satışı, dəniz nəqliyyatı, gəmi istehsalı, xarici valyuta, qiymətli metallar, sənayedə işlənən əmtəələrin alğı-satqısının qarşısını alacaq. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə hesab edir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların heç bir məntiqi əsası yoxdur. Z.Əlizadənin sözlərinə görə Amerika beynəlxalq hüquq normalarını pozaraq, heç bir əsası olmadan suveren dövlətə qarşı cəza tətbiq edir: "Ağ Evin İran və digər dövlətlərlə bağlı atdığı radikal addımları hər hansı bir idealist meyarla müəyyən etmək çox çətindir. ABŞ və yaxın müttəfiqləri (Qərb və İsrail) heç bir əsaslı faktlar olmadan tez-tez kobud şəkildə beynəlxalq hüuququ pozurlar. Mərkəzi Kəşfiyyat İdarəsinin casusluq, diplomatik missiyaların dinlənilməsi kimi faktorları buna əyani sübutdur. Sadəcə ABŞ inanmağa çalışır ki, müxtəlif yollarla (iqtisadi və hərbi müdaxilə) İranı çökdürə biləcək. İran da çalışır ki, ABŞ-a müqavimət göstərsin. Bunu zaman göstərəcək ki, tərəflərin müaqavimət həddi hara qədərdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00