Əhməd Davudoğlu: “Amerikadan açıqlama gözləyirik”
2 İyul 2013 12:24 SiyasətTürkiyənin xarici işlər naziri Əhməd Davudoğlu amerikalı həmkarı Con Kerri ilə görüşüb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ASEAN toplantısı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə Kerri ilə bir araya gələn Əhməd Davudoğlu görüşdə Suriya, Fələstin və Türkiyə səfirliyinin dinlənilməsi məsələlərinin müzakirə edildiyini söyləyib: "Birləşmiş Ştatların dövlət katibi Con Kerriyə Türkiyə səfirliyinin dinlənilməsi məsələsi ilə bağlı açıqlama gözlədiyimizi dedim. Eyni zamanda bu kimi hadisələrin baş verməməsini arzu etdiyimizi söylədim".
Qeyd edək ki, son günlər sabiq CİA əməkdaşının yaydığı bilgilərdə Amerikadakı Türkiyə səfirliyinin Birləşmiş Ştatların müvafiq qurumları tərəfindən dinlənildiyi qeyd olunurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00