İlham Əliyev Filippo Lombardinini qəbul edib

Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub

Prezident İlham Əliyev İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, əlaqələrin enerji, sərmayə qoyuluşu, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00