İlham Əliyev ABŞ müdafiə nazirinin müşavirini qəbul edib

Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olunub

Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olunub, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00