Elman Abdullayev: “Azərbaycanın Misirdəki səfirliyi öz fəaliyyətini normal rejimdə davam etdirir”

Azərbaycanın Misirdəki səfirliyi öz fəaliyyətini normal rejimdə davam etdirir. Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib. Elman Abdullayev deyib ki, səfirliyin əməkdaşlarının geri çağırılması barədə heç bir qərar yoxdur: "İndiyədək Misirdə baş verən hadisələr zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Biz bundan əvvəl vətəndaşlarımıza öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görmək xahişi ilə müraciət etmişik". 

Xatırladaq ki, Misirdə president Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 7 nəfər ölüb, 200-dən artıq şəxs yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00