Vyetnam Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Vyetnam Milli Məclisinin sədr müavini, bu ölkənin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə,  Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq haqqında Memorandumun imzalandığını xatırladan Əli Əhmədov partiyaların həm ikitərəfli, həm də İCAPP çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb. Vyetnamlı qonaq  öz ölkəsinin Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini xüsusi qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00