Müxalifət vaxt itgisinə yol verir
28 İyun 2013 18:10 Siyasət"Prezident seçkilərinə az bir müddət qalsa da, təssüflər olsun ki, hələ də qeyri-iqtidar düşərgəsi seçki hazırlığı istiqamətində müxalifətə uğur gətirə biləcək hər hansı bir addım atmayıb". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, müxalifət düşərgəsi hələ də vahid namizədin kimlyini müəyyənləşdirməyə, vahid komanda kimi formalaşmağa nail ola bilməyib: "Vaxt isə gedir. Hesab edirəm ki, itirilən vaxtı kompensasiya etmək lazımdır". Əli Oruclunun sözlərinə görə, müxalifət düşərgəsinin aktivliyinin indikindən 10 qat artırılması üçün potensial var: "Qalır bu potensialı düzgün və lazım istiqamətə yönəltmək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00