Bir ovuc deputatın göstərdiyi “canfəşanlıq” - Millət vəkili

Jalə Əliyeva: “ Avropa Parlamentinin cümlələr toplusunu sənəd adlandırmaga adamın dili gəlmir”

"Avropa Parlamenti növbəti uydurma, hec bir həqiqəti əks etdirməyən, əsassız və ədalətsiz qərarilə bir daha oz nüfüzünü şübhə altına alıb. Avropa Parlamentində insan hüquqları ilə baglı olaraq gündəliyə çixarılan "təxirəsalınmaz məsələlərin" müzakirəsinin gedisatı özlüyündə qərəzli bir məqsəd daşıdıgını ortaya qoyaraq, təəccüb dogurmaya bilmir". Bunu deyən millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsinin üzvü Jalə Əliyevanın sözlərinə görə, əgər məsələ həqiqətən bu qədər "təxirəsalınmaz"dırsa və bir an öncə müzakirəyə cıxarılmasına ehtiyac hiss edilirsə, o zaman məsələnin vacibliyini nəzərə alaraq, prosedur qaydalara görə, haqqında qətnamə qəbul edilən ölkənin də həmin məsələilə baglı mövqeyini bildirməyə şərait yaradılmalı idi. Amma göründüyü kimi, demokratiyadan dəm vuranlar bu sadə prosedur qaydanı belə pozublar və təbii ki, belə qeyri- bərabər bir ortamda bir ovuc avropalı deputatın məsələyə ədalət və qərəzsizlik prizmasından yanasacagını gözləmək sadəlövhlük olardı.
J.Əliyeva qeyd edib ki, qəbul edilən sənəd məhz həmin bir ovuc deputatın dırnaqarası gərgin fəaliyyətinin və sözün əsil mənasında göstərdikləri canfəşanlığın nəticəsidir: "Muzakirə prosesi ilə tanis olanda görürük ki, qətnaməyə tərəfdar cıxan deputatların əksəriyyəti gundəlikdəki məsələni dərinliyinə qədər bilmirlər. Məsələn, çıxış edən bir deputat deyir ki, "İlqar Məmmədov baxmayaraq ki, aksiyada hec vaxt istirak etməyib, onu həmin aksiyada guya iştirak etdiyi üçün həbs ediblər". Həmin "hüquq keşikçisi" sənədlə yaxından tanış olsaydı görərdi ki, burada dinc aksiyadan söhbət belə getmir". Onun sözlərinə görə, qəbul edilmiş sənəddə bir çox faktlar da məqsədli şəkildə təhrif edilib. Məsələn, burada İlqar Məmmədovun muxalif partiyanın lideri olduğu göstərilir. Bu sənədi hazırlayanlar yəqin ki, birinci növbədə öz nufuzlarına kölgə salmamaq ucun faktları araşdırmalı idilər və əgər araşdırsalar, görərdilır ki, İlqar Məmmədovun rəhbəri oldugu hərəkat hec də siyasi partiya deyil və siyasi arenada hec bir agırlıgı yoxdur: "Qətnaməni hazırlayanlar İlqar Məmmədovu prezidentliyə namizəd bir şəxs kimi qələmə verirlər. Müəlliflər bunu da bilməli idilər ki, ölkədə seçkiyə hələ start verilməyib və namizədlərin qeydiyyatı prosesinə də hələ xeyli müddət var. Digər bir məsələ -qətnamədə qeyd edilir ki, İlqar Məmmədov qanunsuz olaraq həbsdə saxlanılır. Halbuki, bunu da bilməliydilər ki, hələlik istintaq davam edir və subyektin həqiqətən günahkar olub-olmadıgı sübüt olunduqdan sonra məhkəmə onun haqqında qərar cıxara bilər. Belə görünür ki, sənəd müəllifləri həqiqətən nəyə görəsə tələsirlər və elə buna görə də gündəliyə cıxardıqları məsələni "təxirəsalınmaz" adlandırıblar".
Milllət vəkili eyni zamanda deyib ki, qətnamə "İlqar Məmmədovun işi" adlandırılsa da, 17 bənddən ibarət olan nəticənin sadəcə, bir bəndində həmin şəxs haqqında söhbət açılır: "Bu müddəaların hər birində təəssüf ki, beynəlxalq hüquq prinsipləri pozularaq, hər kəsi zorla olaraq öz iradəsinə tabe etmək, hər kəsə öz iddialarını diktə etmək hegemonlugu bariz şəkildə ortaya çıxır. Avropa Ittifaqının üzvü olmayan bir ölkə haqqında qəbul edilmiş və heç bir hüquqi gücə malik olmayan, Avroparlamentinin çox cüzi bir hissəsi tərəfindən, 734 deputatdan 32-si tərəfindən qəbul edilən bu cümlələr toplusunu, düzü adamın heç sənəd adlandırmaga dili gəlmir. Azərbaycan həqiqətlərindən xəbərsiz olan bu bir qrup insanın müəyyən təsir altında və maraqlar dogrultusunda düşünmədən, tələskənliklə atdıqları bu "təxirəsalınmaz" addım, Azərbaycanla Avropa Ittifaqı arasındakı əməkdaşlıgın möhkəmləndirilməsinə əsla xidmət etmir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00