Rusiya ABŞ və Qərbin lehinə Suriyadan geri çəkildi - AÇIQLAMA

Ərəstun Oruclu: “Çox güman ki, “G-8” ölkələrinin İrlandiyada keçirilən sammitində gizli şəkildə bu məsələ müzakirə olundu”

Rusiya silahlı qüvvələrini Suriyadan çıxarır. Bu barədə ilk məlumatı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov təsdiqləyib. Rusiyanın Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən işçisi də yerli mətbuata "bizim Suriyada artıq nə hərbçimiz, nə də vətəndaşımız vardır" - deyə bildirib. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu hesab edir ki, Rusiya qüvvələrinin Suriyadan çıxarılması vəziyyəti müəyyən mənada ABŞ və Qərbin lehinə dəyişəcək. Politoqun sözlərinə görə "G-8" ölkələrinin İrlandiyada keçirilən sammitidə gizli şəkildə bu məsələ müzakirə olundu: "Görünür ki, Rusiya Qərb və ABŞ-dan Suriya ilə bağlı müəyyən təminatlar aldı. Əslində Rusiyanın Qərblə razılığa gəlməsində təəccüblü məqamlar yoxdur. Əvvəldən də Suriya ilə bağlı Rusiya və Qərb arasında razılaşdırılmış siyasət həyata keçirilirdi. Sonda hər iki tərəf etdi ki, Yaxın Şərqdə üstün güc olmaq rəqabəti Rusiya və Qərbə ziyan vurur və müştərək maraqlar tapıb əməkdaşlıq etmək lazımdır. Qərblə Rusiya arasındakı əlaqələr təkcə beynəlxalq məsələlərə dair deyil, burada konkret olaraq iqtisadi əməkdaşlıqların da nümunələri var. Artıq iki qütblü dünya yoxdur, çox qütblü dünya mövcuddur. Bütün qütblər arasında da maraqların uzlaşdırılması, onların qarşılıqlı təmin olunması əsas prinsiplər kimi götürülür". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00