“Dağıstanı ABŞ tərəfindən maliyyələşdirilən vəhhabilər qarışdırır” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Şimali Qafqazda baş verən terror hadisələrinin mərkəzində ABŞ-ın Rusiyanı parçalamaq maraqları dayanır”
27 İyun 2013 12:42 SiyasətDağıstanın Xutrax kəndində baş verən atışmada 4 xüsusi təyinatlı yaralanıb. Atışma zamanı 2 silahlı öldürülüb. Qeyd edək ki, bir neçə gün bundan qabaq baş verən silahlı qarşıdurma zamanı 37 rus əsgəri öldürülmüşdü. Politoloq Cümşüd Nuriyev hesab edir ki, dünyada cərəyan edən siyasi hadisələrdən Rusiyanın pay istəməsi Qərb və ABŞ-ı narahat edir. Sovet İttifaqı dağılmamışdan qabaq ABŞ uzun müddət təbliğat apardı ki, SSRİ parçalansın və yenidən əsas gücə çevrilsin. C.Nuriyev bildirdi ki, indiki məqamda da ABŞ öz hegemonluğunu itirmək üzrədir: "ABŞ-ın idarəçiliyi də "Beşinci kalon" - Rokfeller, Rotşild, Morqan və Ford ailələridir. Amma Rokfeller və Rotşild daha üzdədirlər. Hal-hazırda onların ən böyük problemi dolların qiymətinin aşağı düşməsidir. Rokfeller və Rotşildlər çalışırlar ki, yeni müharibə ocaqları qızışsın ki, sahib olduqları silah və dərman monopoliyasından külli miqdarda gəlir əldə etsinlər. Bu mənada Rusiya həmin ailələrin əsas maraq çərçivəsindədir. Həmçinin "Stardford" Araşdırmalar Mərkəzinin politoloqu Corc Fridmanın "Növbəti 10 il və növbəti 100 il" əsərində Rusiyanın parçalanması layihəsini gündəmə gətirib. Fridman qeyd edir ki, Rusiya 2020-ci ilə qədər SSRİ-yə bənzəyən yeni qurum yaratma istəyir. Bu Avrasiya İttifaqıdır ki, artıq o yaranmaq üzrədir. Çünki, kitab yazlan 5 ildir və həmin illərdə Avrasiya İttifaqı barədə söhbət getmirdi. Belə bir şəraitdə ABŞ çalışır ki, Rusiyanı ən zəif yerindən vursun. Rusiyanın "Axilles dabanı" isə Qafqazdır. Tatarıtsan artıq kifayət qədər müstəqillik qazandığına görə orada dini müstəvidə aranı qarışdırmaq mümkün deyil. ABŞ məcburdur ki, Çeçenistan və İnquşetiyadan sonra Rusiyanı Dağıstanda vursun. Dağıstan etnik tərkibinə görə zəngindir, eyni zamanda Qafqaz çox mühüm bir regiondur. Dağıstan digər 6 Şimali Qafqaz respublikalarından ən böyüyüdür. Burada vəziyyəti qarışdıran vəhhabilərdir. Vəhhabiləri əsas maliyyələşdirən dövlət Səudiyyə Ərəbistanıdır. Nəzərə alsaq ki, Ərəbistan ABŞ-ın bir nömrəli portnyorudur, demək ki, hadisələrin arxasında Amerika dayanır. Ərəbistan dünyada yeganə teokratik dövlətdir ki, ölkəni dini lider olan kral idarə edir. ABŞ-da S.Ərəbistanı vasitəsilə Şimali Qafqazı qarışdırmağa çalışır. Amerika bunu bacarır. Son 20 ildir ki, dini məsələlərə görə Rusiyanın başı kifayət qədər bərk ağrıyır. Ramzan Kadırov Çeçenistanı, Yefqurov İnquşetiyanı ələ keçirəndən sonra vəhhabilər o yerlərdə o qədər də böyük rol oynaya bilmirlər. Ona görə də Dağıstana eniblər. Dağıstanda son zamanlarda terrorun sayının artması Dərbəndin merinin həbs olunması ilə bağlıdır. Həmin hadisələrin mərkəzində ABŞ-ın Rusiyanı parçalamaq maraqları dayanır. Ağ Ev məsələni dini və milli müstəviyə keçirməyi bacarıb". ("OLAYLAR" İA)