“Rusiya başqa ölkələrə hucum etməyə hazırlaşmır” – LAVROV
10 Mart 2022 14:18 Siyasət"Rusiya başqa ölkələrə hucum etməyə hazırlaşmır. Biz Ukraynaya hucum etməmişik. Dəfələrlə etdiyimiz müraciətləri eşitmədilər".
Olaylar.az bildirir ki, bu sözləri Rusiya XİN başçısı Lavrov Antaliyada keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukraynaya silah göndərənlər təhlükəli hərəkət edirlər. "Avropa İttifaqı bütün prinsiplərini pozaraq Ukraynaya daşıyıcı zenit raket kompleksləri göndərir. Avropa İttifaqına bu daşıyıcı raketlərin sonradan kimlərin əlinə düşəcəyi barədə suallar verirk. Necə nəzarət olunacaq? Cavab yoxdur. Bu silahlar Ukrayna, Avropanınmülki təyyarələr üçün təhlükə yaradcaq".
Lavrov bildirib ki, yeni faktlar onu göstərir ki, Ukrayna ordusu bu ay separatçı "DNR"-ə hucum hazırlamışdı.
Mariupoldakı doğum evinə raket zərbəsinə toxunan Lavrov deyib ki, martın 7-də BMT-nin TŞ-da bu xəstəxanın "Azov"batalyonu tərəfindən tutulduğunu və orada qadınların və tibbi personalın çxıarıldığı barədə faktlar təqdim ediblər.