Prezident İlham Əliyev Türkiyədədir-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 10-da Türkiyəyə işgüzar səfərə gedib.

Oalylar.az  bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31