Rusiya və Ukrayna XİN başçılarının görüşündə müzakirə olunacaq MƏSƏLƏLƏR
10 Mart 2022 12:13 SiyasətBu gün saat 12:00-da Türkiyənin Antalya şəhərində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü baş tutacaq.
Olaylar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna XİN başçısı Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla görüşdə müzakirə edəcəyi məsələləri açıqlayıb.
O deyib ki, görüşdə əsas 3 mövzu ilə bağlı müzakirə aparılacaq:
"Görüşdə atəşkəs, şəhərlərdə humanitar vəziyyətin yaxşılaşdırılması və Rusiya qoşunlarının Ukraynadan çıxarılması mövzularını müzakirə edəcəyik"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31