Azərbaycanda köklü kadr islahatları həyata keçirilir

Azərbaycanda neçə ildir ki, bütün istiqamətlərdə uğurlu islahatlar həyata keçirilir. Həyatımızın bütün sahələrini əhatə edən bu islahatların hamısı öz uğur və nailiyyəti ilə yadda qalıb. Təsadüfi deyil ki, əksər siyasilər də bu qənaətdədirlər.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi, Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsi idi. Onun sözlərinə görə, növbədənkənar seçkilər keçirilməsi, cənab prezident İlham Əliyevin islahatlar kursunun davamı olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə, Milli Məclisin işininin təkminləşdirilməsinə, və yeni heyyət tərkibi ilə təşkil edilməsinə xidmət edirdi: "1300-dən çox namizədin iştirak etdiyi növbədənkənar Parlament seçkiləri Azərbaycan xalqının iradəsi əsasında keçirildi. Eyni zamanda keçirilən növbədənkənar Parlament seçkilərinin nəticələrinə obyektiv beynəlxalq qiymətin verilməsi, Avropa İttifaqının yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etməsi, seçkilərin tanınmasının ədalətli və şəffaf keçirilməsinin bariz sübutu idi".

Sədaqət Vəliyeva bildirib ki, altıncı çağırış Milli Məclis müxalifət partiyalarının nümayəndələrinin rəhbərlikdə və komitələrdə təmsil olunduğu, qanunların müzakirəsində, qəbulunda iştirak etdiyi çoxpartiyalı məclisdir: "Bu amil də ölkəmizdə siyasi sistemin gücləndirilməsində xüsusi rol oynayır. Bununla yanaşı, Prezident Administrasiyasının nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə mütəmadi görüşlər keçirməsi, partiyalararası geniş dialoqların aparılması Azərbaycanda həyata keçirilən siytasi islahatlara təkan verməkdədir".

"Bu gün Azərbaycanda köklü kadr islahatları həyata keçirilir. Bu kadr islahatları və təmizləmə işləri mərkəzi, yerli icra orqanları olmaqla bütünlükdə dövlət qurumlarında aparılır" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, etimadı doğrultmayan, fəaliyyətində nöqsanlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür: "Azərbaycan sosialyönümlü dövlətdir və dövlətimiz tərəfindən atılan bütün addımlar bunun bariz sübutudur. Minimum əməkhaqlarının və pensiyaların mütəmadi olaraq artırılması, vergi bazasının genişləndirilməsi, iqtisadi sahədə islahatların aparılması və neqativ hallara qarşı sərt tədbirlərin görülməsi ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə hesablanıb. Əlbəttə ki, bu gün Azərbaycan xaricində ölkəmizin uğurlarını gözü götürməyən bir sıra anti-Azərbaycan qüvvələri mövcuddur. Hazırki, "beşinci kolon" öz sahiblərinin etimadını doğrultmadığı üçün, həmin anti-Azərbaycan qüvvələri yeni beşinci kolon axtarışındadır. Hər zaman olduğu kimi, bu dəfə də anti-Azərbaycan qüvvələrinin arzusu ürəyində qalacaq. Çünki Azərbaycan xalqı öz Prezidentini sevir, dəstəkləyir və onun arxasında bir yumruq kimi birləşərək anti-Azərbaycan qüvvələrinin bütün cəhdlərini yenə də iflasa uğradacaqdır. Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti, icra olunan köklü islahatlar, Azərbaycan xalqının xoşbəxt, firvan gələcəyinə hesablanıb. Müəllifi Prezident İlham Əliyev olan və Azərbaycan xalqının milli maraqlarının qorunmasına hesablanmış müdrik daxili və xarici siyasət doğma Azərbaycanımıza hələ çox qələbələr yaşadacaq".

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov isə deyib ki, bu gün Azərbaycanda aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır: "Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə problemlər aradan qaldırılır, bütün istiqamətlər üzrə reformalar həyata keçirilir. Mühüm islahatların əsas istiqamətlərindən biri də siyasi sistemin təkmilləşdirilməsi və siyasi dialoqun inkişaf etdirilməsi təşkil edir".

Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin iradəsi ilə reallaşdırılan islahatların nəticəsi olaraq iqtidar-müxalifət ünsiyyəti, siyasi dialoq mühiti formalaşıb: "Ölkənin 50-yə qədər partiyası siyasi dialoq prosesində iştirak edir, siyasi və ictimai sahədə reformaların dərinləşdirilməsi ilə əlaqədar fikir və təkliflərini irəli sürürlər. Xüsusilə də, hakimiyyət tərəfindən formalaşdırılan azad və demokratik ortamda siyasi partiyalar sərbəst şəkildə qanun yaradıcılığı prosesində iştirak edirlər. Heç şübhəsiz ki, bu, parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda siyasi sahədə formalaşmış ən böyük dəyərdir. Hətta, partiyalar da qəbul edirlər ki, indiki şəraitdə siyasi dialoq həm də bir milli birlikdir, siyasi bütövlükdür. Ona görə də, 50-dək siyasi partiya cəmiyyətimizin daha da demokratikləşməsi naminə həvəslə çalışmaqdadır".

"Eyni zamanda, müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar" - deyən Ramil Vəlibəyov əlavə edib ki, sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir: "Bu gün Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün faktorlar spektri formalaşmaqdadır. Hətta, Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Bütün bunlar isə ölkədə siyasi sistemin mükəmməl transformasiyasına əsaslı şərait yaradacaq, siyasi dialoqu daha da möhkəmləndirəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31