Sülhməramlılar öz üzərlərinə  düşən vəzifəni icra etmir

"Qanunsuz erməni hərbi birləşmələri yenə fəallaşıblar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki fəaliyyəti isə sülhməramalılıq yox, erməni hərbi birləşmələrini gizli fəallaşdırmaq, Azərbaycana qarşı mümkün təxribatlara sövq etməkdir. Belə olmasaydı, ermənilər cürət edib ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini  atəşə tuta bilməzdi". "Olaylar" xəbər verir ki, bunu deyən "Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanovun sözlərinə görə, dəfələrlə edilən etirazlara, xatırlatmalara baxmayaraq, sülhməramlılar öz üzərlərinə  düşən vəzifəni icra etmir: "Onların vəzifəsinə həm də qanunsuz erməni hərbi birləşmələrin bölgədən çıxarılması daxildir. Lakin onlar öz vəzifələrini icra etmək, sabitliyi və silahlı qarşıdurmanı qorumaq əvəzinə, fəaliyyətlərinə aid olmayan işlərlə - bələdçiliklə, keşiş rolunu ifa etməklə, yardım paylaylamaqla məşğul olurlar. Erməniləri Xudavəng monastırına müşayiət edirlər, gah hansısa erməni məktəbində açıqça, gah da ermənilər məskunlaşan kəndlərdə su, ərzaq paylayırlar. Özlərini sülhməramlı kimi deyil, Qırmızı Xaç Komitəsinin nümayəndələri kimi aparırlar. 

Erməni xalqı da, onun indiki və keçmiş rəhbərliyi də, qanunsuz hərbi birləşmələrin başçıları da 44 günlük müharibədə Azərbaycan ordusunun gücünü görüblər. Rusiya sülhmərmalılarının öz işinin öhdəsindən gəlməməsinə görə Azərbaycanın anti-teeror əməliyyatlarına başlamaq hüququ var. Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymadan ermənilərin Azərbaycan mövqelərini atəşə tutması və sülhməramlıların seyrçiliyi antiterror əməliyyatlarına başlamaq üçün tam yetərlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31