SON DƏQİQƏ! Rus sülhməramlıları Qarabağı tərk edir - VİDEO
9 Mart 2022 13:33 SiyasətRusiya Silahlı Qüvvələrinin böyük karvanının Laçın dəhlizi ilə Xankəndindən yola düşməsi ilə bağlı görüntülər yayılıb.
Olaylar.az xəbər verir ki, bu haqda Caliber telegram kanalında məlumat verilib.
Onların Ukraynaya göndəriləcəyi ilə bağlı da məlumat var (bunlar artıq fakt deyil, ehtimallardır).
Başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, "Gümrüdəkilər isə Ukraynadakı Rusiya ordusuna kömək üçün göndəriləcək.
Yerdəyişmə ilə bağlı video da yayılıb.
Həmin videonu təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31