Ukraynada azərbaycanlıların yaşadığı məhəllə "Qrad" atəşinə tutuldu
7 Mart 2022 11:33 SiyasətUkraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə "Qrad" atəşinə tutulub.
Olaylar.az xəbər verir ki, bu barədə "Report"a Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər "Qrad" atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.
Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən xoşbəxtlikdən insan tələfatı olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31