İran şahının oğlu Zelenskini dəstəklədi, Moskvaya etiraz etdi – "Biz sizinləyik!"

İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi Ukrayna prezidenti Zelenskini dəstəkləyib. 

Rza Pəhləvi yaydığı müraciətdə bildirib ki, son günlər dünya Ukrayna xalqının vətənpərvərliyinin və cəsurluğunun tam şahidinə çevrilib.

"Bütün dünya hökümətləri sizə yardıma gəldiyi zaman mənim ölkəmin, İranın hakimiyyəti Ukraynanın ərazi bütövlüyünü pozmuş və suverenliyini ələ keçirməyə çalışan dövləti dəstəkləyir. Buna baxmayaraq azadsevər İran xalqı Ukraynanın işğalına öz etirazını bildirib və xalqı dəstəklədiyini göstərdi. Bilin ki, biz sizinləyik. İki xalq yenidən azad olduqdan sonra rifahımız naminə tərəfdaş olacağıq!" Sizinlə həmrəyəm!"-deyə şahın oğlu yazıb.Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31