Rotenberqlər, Çemezov, Abramoviç…- Rus oliqarxları şəxsi təyyarələrlə Dubaya nə daşıyır? (FOTO)

 

Ukrayna müharibəsi başlayandan rus elitasının nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinə əmlak, o cümlədən qiymətli rəsmlər daşıyırlar.

Bu barədə "Ukrainskaya Pravda" Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Rusiya prezidentinin yaxın çevrəsindən olan oliqarxlar Dubaya uçuşlar həyata keçirirlər.

Məsələn, fevralın 28-də "Bombardier Global 5000" təyyarəsi Nitsadan Dubaya uçub. Bu, Rotenberq qardaşlarının istifadə etdiyi təyyarədir. Bu tarixdən iki gün əvvəl isə Moskva-Dubay-Moskva reysi bir gün ərzində oliqarx Yuri Trutnyovun "Bombardier Global 5000" təyyarəsi ilə həyata keçirilib.

Roman Abramoviçin "Boeing 787-8 Dreamliner" təyyarəsi müharibə başlayandan iki dəfə Dubaya uçub. İlk reys fevralın 28-də olub. Martın 4-də təyyarə Moskvaya qayıdıb və həmin gün yenidən Dubaya uçub.

Fevralın 24-də Sergey Çemezovun "Bombardier Global 7500" təyyarəsi Dubaya yola düşüb. Təyyarə Moskvadan havaya qalxıb, Təl-Əvivə yanacaq doldurmaq üçün enib və Əmirliklərə yollanıb. Təyyarə yalnız martın 3-də Moskvaya qayıdıb.

Qəzet yazır ki, ötən gecə də Rusiya Müdafiə Nazirliyinin təyyarəsi Əmirliklərə uçub və Abu Dabi aeroportunda eniş edib.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31