Ukraynanı tərk edən daha 184 azərbaycanlı öz ölkəsinə gəlib - FOTO
5 Mart 2022 20:26 SiyasətUkraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Rumıniya ərazisindən həyata keçirilən növbəti AZAL-ın çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.
Olaylar.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31