Azərbaycan Ukraynaya 5,5 milyon avroluq yardım göndərib

Ukraynanın müraciətinə əsasən, 24 saat ərzində Azərbaycan 5,5 milyon avro məbləğində humanitar yardımı Polşa üzərindən Ukraynaya çatdırıb."Olaylar" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə deyib. Ceyhun Bayramov, həmçinin Ukraynada həlak olan soydaşlarımızın yaxınlarına başsağlığı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31