Ceyhun Bayramov Ukraynadakı vəziyyətdən danışdı

Görüş zamanı Ukrayna hadisələri ətrafında müzakirələr aparıldı.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, həmçinin Ukrayna hadisləri ətrafında müzakirələr aparılır.

"Bu durum çox ciddi narahatlıq yaradır. Artıq itkilərin və qurbanların sayı durmadan artır. Həm Azərbaycan, həm Türkiyə burada çox fəal və məsuliyyətli mövqe sərgiləyir. Azərbaycan məsələnin beynəlxalq hüquq prinsiplərinə uyğun dialoq əsasında aparılmasının tərəfdarıdır".

Ukrayna hadisələrini narahatlıqla izləyirik. Ölklələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkədir. "Bu münasibətlərdən istifadə edərək savaşın dayandırıması üçün səylərimizi davam etdiririk", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31