Bilal Ərdoğan İlham Əliyevə “Liderlik Mükafatı”nı təqdim etdi
5 Mart 2022 13:50 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
AZƏRTAC bildirir ki, qəbul zamanı Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində "Liderlik Mükafatı"nı Prezident İlham Əliyevə təqdim etdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31