“Adamlar sizə görə ölürlər…Moskvaya “yaşıl işıq” yandırdınız” – Zelenski NATO-nu sərt tənqid etdi

Ukrayna prezidenti Zelenski NATO-nun dünənki sammitini kəskin tənqid edib. 

Prezident NATO-da Ukraynanın hava məkanını bağlamaq barədə qərar qəbul edilməməsini "zəiflik" adlanıdırb:

"NATO-nun sammiti zəif və özünü itirmiş zirvə idi. Sammit göstərdi ki, heç də hamı Avropanın azadlığını özü üçün bir nömrəli məqsəd hesab etmir. Onlar bu qərarla Rusiyanın nə qədər bacarırsa hucumu davam etdirməsini təsdiqlədilər. Yeni zərbələrin və qurbanların olacağını bilə-bilə NATO şüurlu şəkildə Ukraynanın hava məkanının bağlanması barədə qərar qəbul etmədi. Siz gərək adamları, insanlığı düşünəydiniz. Lakin o iclasda siz nə düşünrdünüz? Bu günlərdə həlak olan bütün adamlar həmçinin sizə görə, sizin zəifliyinizə və qərarsızlığınza görə ölürlər".

Prezident istehza ilə deyib ki, NATO-nun bu gün edə bildiyi Ukrayna üçün ayırdığı 50 ton dizel yanacağıdır. "Görünür bu dizeli göndəriblər ki, Budapeşt memorandumunu yaxşı-yaxşı yandıraq. Amma bu memorandum rus ordusunun atəşi altında artıq külə dönüb. Məgər biz belə NATO istəyirdik? Bu gün Alyans Ukrayna şəhərlərinin və kəndlərinin bombardaman olunmasına "yaşıl işıq" yandırdı. Siz hava məkanını bağlaya bilərdiniz...Bilmirəm, siz öz ölkələrinizi müdafiə etməyə qadirsinizmi?"

Prezident Ukraynanın NATO-dakı dostları olan ölkələrə təşəkkür edib. "Bizim dostumuz olan çoxlu ölkələr var. Onlar müdaxilənin ilk günündən bizə kömək edirlər. Əminəm ki, qələbəyə qədər edəcəklər. Odur ki, özümüzü tənha hiss etmirik. Ölkəmizi müdaifə etməkdə davam edəcəyik. Torpaqlarımızı azad edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31