Bu gecə Zelenski Ukrayna xalqına nə dedi? - ƏSAS TEZİSLƏR
5 Mart 2022 09:23 SiyasətUkrayna prezidenti Volodimir Zelenski bu gecə xalqa müraciət edib. Həmin müraciətdən əsas tezisləri diqqətinizə çatdırırıq.
- Biz 9 gün zülmətə, 9 gün zülmə dözdük. Qarşılaşdığımız zülmət və zülm gözlədiyimizdən üç dəfə çoxdur. Strateji olaraq hər şey aydındır. Ujqoroddan Xarkova , Kiyevdən Xersona kimi ukraynalılar birlik ifadə etdi. Ukraynalılar düşməni Kiyev yaxınlığından qovur, Axtırkaya, Hostomelə görə cəzalandırır, Xersona görə qisas alır. Ukraynanın o Xersonuna görə ki, onu bu gün aşağılamağa cəhd etmişdilər. Amma alınmadı. ( Putin hakimiyyəti Xerson şəhərini alandan sonra orada Rusiyaya dəstək aksiyası keçirməyə cəhd etmişdi , red).
- İşğalçılar düşünürdü ki, ukraynalıları televiziyasız qoya biləcək, rabitəni kəsəcək, ərzaqsız qoyacaq, əlektrik enerjisinin verilməsini dayandıracaqlar. Onlar düşünürdülər ki, ukraynalıları özlərinə tabe edəcəklər. Amma siz bizi oksigensiz qoysaz belə biz tam gücümüzlə nəfəs alıb deyəcəyik - Rədd olun bizim torpağımızdan!".
- Bu gün NATO üzvü olan ölkələrin sammiti keçirilib Zəif bir sammit. Başını itirmişlərin sammiti. Sammitdə gördük ki, heç də hamı Avropanın azadlığı uğrunda savaşı bir nömrəli məqsəd hesab etmir. NATO üzvü olan ölkələrin kəşfiyyat idarələri düşmənin planlarından xəbərdardır. Onlar Rusiyanın hücumu davam etdirmək istəyində olduğunu təsdiqləyirlər.
- NATO bunu başa düşərək Ukrayna hava məkanını bağlamaq haqqında qərar qəbul etmədi. Biz hesab edirik ki, NATO ölkələri özləri belə bir rəvayət uydurublar ki, guya Ukrayna hava məkanının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq. Bu, zəif, özlərinə arxayın olmayanların özünü hipnozudur... Bu gündən sonra öləcək bütün insanların qanında sizin də əliniz olacaq. Sizin zəifliyiniz, fikir ayrılıqlarınıza görə onlar məhv olacaqlar".