"“Metsamor” Atom Elektrik Stansiyası region üçün real təhlükədir"
4 Mart 2022 21:02 SiyasətErmənistan Atom Elektirik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi region üçün təhlükə yaradır.
Olaylar.az bildirir ki, bunu trend-ə "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, region ölkələrinin ekspertləri dəfələrlə bildiriblər ki, "Metsamor" AES-in fəaliyyəti region ölkələri üçün təhlükəlidir.
"Ermənistan Atom Elektirik Stansiyasının istismar müddəti çoxdan bitib. Ermənistan "Metsamor" AES-in fəaliyyətini uzatmaq üçün müxtəlif bəhanələr gətirir. Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. Stansiya müasir tələblərə cavab vermir. İstifadə edilən avadanlıqlar da köhnəlib. Azərbaycan, Rusiya, Gürcüstan və İranın ekoloji orqanları bu məsələ ilə bağlı ciddi məşğuldurlar. Bütün bunlara baxmayaraq, Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir", -deyə İ. Vəlizadə bildirib.