Lavrov Türkiyəyə gedəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna xarici işlər nazirlərini görüşdürmək istədiklərini bildirib".

Nazir qeyd edib ki, Dmitri Kuleba və Sergey Lavrovun görüşü üçün ən uyğun yeri Antalya Diplomatiya Forumudur.

Çavuşoğlu bildirib ki, Ukrayna xarici işlər nazirinin Forumda iştirakı müharibə şəraiti ilə əlaqədar bəlli olmasa da, Rusya XİN başçısı Sergey Lavrov gələcəyini bir daha təsdiqləyib.

Xatırladaq ki, Diplomatiya Forumu martın 11-13-də keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31