Putindən daha bir absurd
4 Mart 2022 16:28 SiyasətPutin KTMT-nin nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi barədə Dövlət Dumasına tapşırıq verib. Tapşırıq nizamnaməyə "nəzarətedici dövlət" (Rusiya Federasiyası) ifadəsinin əlavə edilməsi ilə bağlıdır. Həmin dəyişikliklərə əcacən, təşkilata üzv dövlətlər nəzarətedici dövlətin razılığı olmadan BMT-nin sülhməramlı missiyalarında iştirak edə bilməzlər.
Əslində nizamnaməyə hər hansı əlavə və dəyişiklik barədə qərar üzv dövlətlərin birgə müzakirəsindən sonra, kollegial şəkildə qəbul olunmalıdır. Putinin bu "təşəbbüsü"KTMT-yə daxil olan dövlətlərin hüquq bərabərliyi prinsipinin kobud şəkildə pozulmasıdır. Bu barədə Araz Qurbanov öz feysbuk səhifəsində yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31