"Ordenlərin bölüşdürülməsi prosesi davam etdirilir"
29 Dekabr 2021 17:02 SiyasətLaçın və Kəlbəcərdəki əməliyyatlarda iştirak edən hərbçilər də təltif edilib.
Olaylar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən mətbuat konfransında deyib.
Anar Eyvazov bildirib ki, Vətən Müharibəsində, bu ilin noyabrın ayında Kəlbəcər və Laçın istiqamətində erməni təxribatlarının qarşısını alarkən həyata keçirilən əməliyyatlarda iştirak edən və fərqlənən hərbi qulluqçulara 154 mindən artıq orden və medallar verilib.
"Bu günə qədər 92 min medal və orden aidiyyəti üzrə təhvil verilib. Digər orden və medalların yoxlanması və bölüşdürülməsi prosesi davam etdirilir", - deyə A.Eyvazov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31