İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitində çıxış etdi - Yenilənib+Video

Belçikanın paytaxtı Brüsseldə "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin liderlərinin sammiti öz işinə başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts Tvitter hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüşdən sonra Aİ Şurasının Prezidenti Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransı keçirəcək.

Sammitdə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna liderləri iştirak edir.

***

Bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti işə başlayıb.

Prezident İlham Əliyev Sammitdə iştirak edir.

***

Prezident İlham Əliyev Sammitdə çıxış edib.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında paylaşım edib.

***

Sammitdə iştirak edən dövlət və hökumət başçılarının işçi naharı olub.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

***

"Şərq Tərəfdaşlığı"na üzv ölkələrin və Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları ailə fotosu çəkdirib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31