Danışıqlar masası arxasında qazanılan yeni Zəfər

Azərbaycan Respublikası Prezidenti ilham Əliyevin dekabrın 14-15 nə nəzərdə tutulmuş Brüssel səfəri həm regionumuzda , həmdə qlobal səviyyədə geniş maraqla gözlənilirdi. Bütün siyasi qüvvələr böyük səbirsizliklə İlham Əliyevlə-Nikol Paşinyan arasında Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək görüşü gözləyirdi. Amma İlham Əliyev böyük ustalıqla, özünəməxsus qrossmeyster gedişi ilə bütün məsələləri NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə həll etdi və nə Paşinyanı, nə erməni tərəfini , nə də ermənilərin Avropa böyüklüyündə himayədarlarını intizarda qoymayaraq üçtərəfli görüşə qədər öz sözünü dedi. Bununla Azərbaycan Prezidenti Nikol Paşinyan başda olmaqla bütün ermənilərin Avropaya bağladıqları ümidlərini alt-üst etdi. İlham Əliyev bir daha Avropadan bütün dünyaya elan etdi ki, milli məsələdə, Azərbaycanın təhlüksizliyi mövzusunda heç bir güzəştdən söhbət gedə bilməz. Heç bir təşkilat Azərbaycanla münasibətdə təzyiq vasitəsinə əl atmamalıdır. Avropa Ermənistanın gələcəyini istəyirsə ona təsir və təzyiq etməlidir.

"Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması."

İlham Əliyevin Avropanın paytaxtı hesab olunan Brüssel şəhərində, bütün Avropanın gözü qarşısında verdiyi bu bəyanatı növbəti dəfə ermənilərin qol-qanadını qırdı. Paşinyanın suyu süzülə-süzülə yenidən Putinə üz tutmaqdan başqa çarəsi qalmadı.

Ermənilər və onların havadarları Paşinyanı Rusiyada görüş keçirməkdən imtina etməyə məcbur edərkən düşünürdülər ki, İlham Əliyevdən Brüsseldə ermənilər üçün hər hansı bir güzəştə nail ola biləcəklər. İlham Əliyev isə bütün diplomatik səriştəsini və dövlət rəhbəri kimi sərhədsiz imkanlarını ortaya qoyaraq Avropanın başında oturanlara heç vaxt unutmayacaqları siyasət dərsi keçdi.

Dünən Azərbaycan diplomatiyasının Brüsseldə qazandığı qələbə bizim bir il bundan qabaq 44 günlük müharibədə qazandığımız ZƏFƏR kimi möhtəşəm oldu. Bu qələbə bizim danışıqlar masası arxasında qazandığımız ikinci ZƏFƏRİMİZ idi. Əlbəttə ki, Azərbaycan xalqının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında. Budur İlham Əliyevin bir neçə il bundan qabaq elan etdiyi hücum diplomatiyasının təntənəsi.

Yeni qələbəmiz mübarək!

Əlimusa İbrahimov.

Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31