“Ermənistan yenə də seçim qarşısındadır”-deputat

"Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycan diasporu nümayəndələrinin dövlət başçımızı qarşılaması qüruruverici idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasmlının sözlərinə görə, NATO-nun Baş katibi Yens Stoltenberqin  Alyansın mənzil-qərargahında birgə mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı dedikləri açağıdakı fikirləri həm Ermənistana, həm də havadarlarına xəbərdarlıq idi: "Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması". Göründüyü kimi, şərti yenə də Azərbaycan qoyur. Ermənistan isə yenə də seçim qarşısındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31