Qarabağda “yağlı tikə” axtarışına çıxan həmsədrlər
6 May 2021 17:43 SiyasətPutin və Makron nədən xəritə məsələsini qabartmadılar?
Azərbaycan Orusunun 44 günlük müharibə nəticəsində Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsini həzm edə bilməyən ölkələrın narahatçılığı artmaqda davam edir. Ölkəmizə qarşı gizlin-aşkar, dolayısı bə yaxud birbaşa təsirdə bulunan həmin dövlətlər müharibədən sonrakı proseslərə müdaxilə etməyə can atırlar. Deməzdim ki, 30 il ərzində Ermənistana havadarlıq edən həmin dövlətlər indi də təcavüzkar dövləti müdafiə yolu seçiblər. Məsələ orasındadır ki, Azərbaycanın qələbəsi ilə razılaşmayan, müharibə vaxtı Ermənistana hərbi, iqtisadi, humanitar yardın göstərən dövlətlər artıq azad olunmuş Azərbaycan ərazilərində aparılacaq bərpa və quruculuq işlərində iştirak etmək sevdasına düşüblər. Maraqlısı odur ki, belə dövlətlər sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla nizama salmaq məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər daha canfəşanlıq nümayiş etdirilər. Elə bu səbədən də Minsk qrupunda yer alan Rusiya, Fransa və ABŞ ən müxtəlif səviyyədə ölkəmizə qarşı qərəzli mövqelərini ortaya qoymaqda israrlıdırlar. Xüsusən, proseslərdən kənarda qalan Fransa Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Minsk qrupunun tarixin zibil yeşiyinə atıldığını dərk edən Fransa Dağlıq Qarabağın müstəqilliyinin tanınması ideyasını ortaya atmaqla bu qrupun ömrünü uzatmaq məqsədi güdür. Hansı ki, hazırda Minsk qrupunun hansı fəaliyyətlə məşğul olacağı, münaqişəyə hansı töhvəsini verəcəyi sual altında qalır. Nəzərə almaq lazımdır ki, ötən 30 il ərzində sözügedən qurum Dağlıq Qarabağ probleminin çözülməsində heç bir rol oynaya bilməyib. Elə bu günlərdə Fransa prezidenti Makronla Putin arasında baş verən telefon danışığı dediklərimizi bir daha sübut etmiş olur. Belə ki, məlum telefon danışığı zamanı müzakirə olunan məsələ yalnız və yalnız ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən dirçəltməklə bağlı olub. Daha dəqiq, tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. İndi belə bir sual yaranır, əgər doğrudan da bu ölkələrin məqsədi bölgədə baş verən proseslərə töhvə verməkdirsə, nədən Dağlıq Qarabağda baş verən hadisələr ətrafında müzakirə aparılmayıb?
Xatırladaq ki, Fransanın Yerevandakı səfiri konkret olaraq bildirib ki, Fransa və Rusiya prezidentləri telefon danışığı zamanı ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Məyər, bu dövlətlər hələ də dərk etməyiblər ki, onların 30 ildə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu cəmi 44 gün ərzində sona çatdırıb. ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir ehtiyac yoxdur. Çünki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail olub. Məyər, anlamırlar ki, artıq müharibə başa çatıb, münaqişə tərəfləri razılaşmaya imza atıblar, artıq razılaşmada nəzərdə tutlan tədbirlərin böyük əksəriyyəti icra olunub. Əslində dünya siyasətində böyük rol oynayan Fransa çox yaxşı başa düşür ki, müharivə tarixin arxivində qalıb. Odur ki, problemin həll olunmasında ciddi rolu olan Rusiya vasitəsilə proseslərin iştirakçısına çevrilmək niyyəti güdür. Əgər belə olmasaydı, Ermənəstan üzərində ciddi söz sahibinə malik olan Fransa və Rusiya bu ölkədən minaların basdırılmasını özündə ehtiva edən xəritənin Azərbaycana verilməsi barədə müzakirə aparardılar. Yaxud, müharibədən sonra Ermənistan tərəfindən dəfələrlə törədilən təxribatlara son qoyulması yollarını arayardılar. Halsı ki, hər iki dövlətə məlumdur ki, ermənilərin işğal altında saxladıqları ərazilərdə basdıdıqları çoxsaylı minaların partlaması nəticəsində yüzə yaxın Azərbaycan vətəndaşı həyatını itirib. Bunun müqabilində Azərbaycanın işğldan azad olunmuş ərazilərinə "yağlı tikə" axtarışına çıxan həmsədrlərin Minsk qrupunun bərpası məsələsini müzakirə etmələri təəssüf hissi yaradır. keçmiş münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində vasitəçilik missiyası iflasa uğrayan ATƏT-in Minsk qrupu bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə heş bir dəstək verə bilməyəcəyi gün kimi aydındır. Əksinə, Fransa və digər həmsədr ölkələrin bölgədə maraqları təmin olunmayacağı tədqirdə münaqişə ocağını qəzəşdıracaqları heş kimdə şübhə doğurumur. Bu isə Minsk qrupunun fəaliyyətinin prespektivsiz olacağına dəlalət edir.
Alim
Olaylar.az