Sevil Nuriyeva İlham Əliyevdən müsahibə alıb - Foto
10 May 2013 11:12 SiyasətANS-in keçmiş əməkdaşı Sevil Nuriyev prezident İlham Əliyevdən müsahibə alıb.ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı tanınmış jurnalist "Facebook" səhifəsində paylaşıb. Jurnalistin yazdığına görə, müsahibə sənədli film üçün alınıb.Film Türkiyə və onun baş naziri Rəcəb Tayyib Ərdoğana həsr olunub. İlham Əliyev də müsahibədə Türkiyə və Ərdoğan haqqında fikirləri ilə bölüşüb.Azərbaycan prezidenti ilə yanaşı, film üçün dünyanın bir neçə ölkə liderindən müsahibələr alınması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00