Ölkədə etnik problem yoxdur

Azərbaycada etnik problemi yoxdur. belə bir problemi yaratmağa cəhdlər də uğursuz alınacaq". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "EL" Hərəkatının etniklərin problemlərinə həsr olunmuş toplantı keçirməsinə münasibət bildirərkən səsləndirib. Bildirib ki, buna baxmayaraq dövlətçiliyimizi və varlığımızı qəbul etməyən dövlətlər, yaxud da məkrli qüvvələr illərlə buna nail olmağa çalışırlar: "Amma etniklərlə münasibətlər sağlam zəmin üzərində qurulduğundan, tolerantlıq, tarixi, dini, mənəvi və mədəni bağlılıqlar belə çatların yaranmasına imkan verməz. Ona görə də ölkədə  bu metodla seçkiqabağı gərginlik yaratmaq qeyri-mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00