Sinan Oğan: “Tez yaxud, gec Şuşa öz ölkəsinə məxsus xəritəyə yenidən qaytarılacaq”
8 May 2013 18:03 Siyasət"Azərbaycanın Qarabağ bölgəsinin strateji mövqeyi baxımından tarixi və mədəni keyfiyyətlər baxımından son dərəcə böyük əhəmiyyətə malik olan Şuşa şəhəri 21 il əvvəl ermənilər tərəfindən beynəlxalq hüquqa zidd şəkildə işğal edilib. Ermənilərin qırğın siyasəti 26 fevral Xocalı Soyqırımından sonra 1992-ci ilin 8 mayında Şuşada davam etdirilib, nəticədə 500-dən çox Azərbaycan türkü qətlə yetirilib". Milliyəçi Hərəkat Partiyasından İqdır millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İdarət Heyətinin üzvü Sinan Oğandan "OLAYLAR"a daxil olan məlumatda belə deyilir. Sinan Oğan qeyd edib ki, işğaldan 21 il keçməsinə baxmayaraq Şuşadakı türk izləri ermənilər tərəfindən silinir, Şuşanın qədim tarixi yox edilir. Şuşa qədim Azərbaycan türkünün şəhəridir və bu gün də o şəhər həmin millətin xatirələrilə yaşayır: "Tez yaxud, gec Şuşa öz ölkəsinə məxsus xəritəyə yenidən qaytarılacaq. İnşallah, Şuşada məhv edilən məscidlərdən yaxın zamanda oxunacaq azan səsi, Şuşanın dağlarında əks olunacaq, Şuşa nə aid olduğu tarixindən, nə də ki, Azərbaycanından ayrı qalacaq. Bu hisslər və düşüncələrlə erməni vəhşiliyi nəticəsində həyatlarını itirən 500-dən çox bacı və qardaşlarımızı hörmətlə xatirələrimizdə yaşadırıq və Şuşanın ən qısa zamanda geri qaytarılacağına inanırıq. ("OLAYLAR" İA)