Yeni Azərbaycan Partiyası Gənclər Birliyi yeni layihələr həyata keçirir
8 May 2013 17:33 SiyasətYeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərin və ictimaiyyətin diqqətini cəlb edən müxtəlif layihələr həyata keçirir. Bu layihələrin bir istiqaməti də ermənilərin xalqımıza qarşı törətdiyi cinayət faktlarının ifşası və bu faktların gənclərə çatdırılmasından ibarətdir.Ermənilərin törətdiyi ən böyük cinayətlərdən biri də tarixi Azərbaycan torpağı olan Qarabağın incisi Şuşa şəhərinin dağıdılması və əhalisinin didərgin salınmasıdır. Bu münasibətlə YAP Gənclər Birliyi gənclərimizin təmsil olunduğu müxtəlif təşkilatların və ayrıca şəxslərin də dəstəyi ilə "Mən Qarabağam!" layihəsinə start vermişdir. Bu layihənin ideya müəllifi Rəhim Davudov, koordinatoru isə Kamran Əliyevdir. Layihə çərçivəsində hazırlanmış və tarixi Azərbaycan torpaqlarının işğalı faktını əks etdirən, xarici vətəndaşların dilindən səsləndirilən videoparçalar nümayiş etdirilmiş və bu videoparçalar interntdə yayınmlanmışdır. http://www.youtube.com/watch?v=otK_yrBa_ZI&feature=youtu.be https://www.youtube.com/watch?v=09f_gzVh9H4
Bu layihənin birinci videoçarxı Şuşaya həsr edilmişdir. "Mən Şuşayam!" videoçarxında 20-dən artıq ölkədə çəkilmiş videolar nümayiş etdirilir.
Şuşanın ermənilər tərəfindən işğal olunmasının 21-ci il dönümü ilə əlaqədar olaraq hazırlanan ilk layihə davamlı olaraq, digər rayonlarımızn işğal günlərində həyata keçiriləcəkdir.
Layihənin təqdimatdan sonra gənclər YAP Gənclər Birliyi Ofisində nümayiş etdirilmiş "Dolu" filminə tamaşa etmişlər.
Filmi izlədikdən sonra gənclər Şuşada vandal ermənilər tərəfindən güllələn Uzeyir Hacıbəyovun, Xan qızı Natavanın, Bübülün Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin həyətində yerləşən heykəllərini ziyarət edəcəklər.
Sizdən xahiş edirik linləri yuxarıda göstərilən videoların saytınızda da işıqlandırılmasına kömək edəsiniz.