Milli Şura qruplar arasında danışıqlara rəvac verdi

"Milli Şura milli maraqlar naminə deyil, qruplar arasında danışıqlara rəvac verdi. Heç vaxt bir yerdə ola bilməyən və bir-birilərini qəbul etməyən qüvvələri birləşdirmək görüntüsünü yaratmaq istədi. Ancaq alınmadı. Ona görə ki, bu orqanı yaradanlar səmimi deyildilər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı səsləndirib. Partiya sədri deyib ki, birlik əvəzinə düşmənçilik və narahatçılıq yarandı: "Bizim nəzərimizcə indiki həssas məqamda Milli Şura ciddiyyət və məsuliyyət istəyir. Əslində Milli Şura milli ideologiya daşıyıcıları olmaqla yanaşı, ona sahib duran şəxslərin birliyindən ibarət olmalıdı.. Eyni zamanda dövlətçilik təcrübəsi ilə yanaşı imanlı, səmimi və bütün qüvvələrə ədalətlə yanaşa bilən insanlardan formalaşmalı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00