ATƏT sədri münaqişələrin həll yolunu açıqlayıb
Leonid Kojara bunun üçün qurum üzv ölkələri fəal əməkdaşlığa çağırıb
8 May 2013 15:59 SiyasətATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara quruma üzv ölkələri mövcud münaqişələriin həlli, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fəal əməkdaşlığa çağırıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
ATƏT sədrinin sözlərinə görə, bu qurum müharibə və münaqişənin təkrarlanmaması üçün ümumi müharibədən sonrakı səylərin mühüm elementi kimi yaradılıb: "Regionumuzdakı hazırkı münaqişələrin sülh yolu ilə həll edilməsi, əsl barışın əldə olunması, eləcə də azad, demokratik, ümumi və təhlükəsiz cəmiyyət üçün biz birgə çalışmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00