İstanbulda Heydər Əliyevin 90 illiyi qeyd ediləcək
8 May 2013 13:14 SiyasətMayın 10-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə ümumimilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi təntənəli şəkildə qeyd ediləcək. Ümumimilli liderin İstanbuldaki heykəlinin ucaldığı meydanda anım mərasimi və mitinq keçiriləcək "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, tədbirdə bir çox elm və incəsənət xadimi, siyasətçilər və işadamları, İstanbulda yaşayan Azərbaycan icmasının qabaqcıl nümayəndələri iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00