İsrail ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən idarə olunur - AÇIQLAMA

Cümşüd Nuriyev: “Vaşinqtonun “Rembler nəzəriyyəsi”nə görə dünyanın qızıl ayparasının başında Suriya dayanır”

"İsrailin son zamanlarda Suriyaya istiqamətli hücumlarının artırması ABŞ-ın ssenarisidir. Ağ Ev Suriyanı bütöv ələ keçirməyə çalışır. Çünki, Vaşinqtonun "Rembler nəzəriyyəsi"nə görə dünyanın qızıl ayparasının başında Suriya dayanır. Həmin nəzəriyyənin müəllifi isə Stoukməndir. Həmin məntiqi gerçəkləşdirmək üçün isə ilk növbədə Suriya işğal olunmalıdır". Politoloq Cümşüd Nuriyev son zamanlarda İsrailin Suriyaya qarşı hərbi müdaxilələrinin artması məsələsinə münasibət bildirərkən belə deyib. Suriyanın ələ keçirilməsində İngiltərənin də maraqlı olduğunu deyən C.Nuriyev hesab edir ki, ingilislər çalışırlar ki, qədim tarixə malik ölkələrin zəngin muzeylərini oğurlayaraq müsadirə etsinlər: "ABŞ və İngiltərə isə Türkiyə vasitəsilə Suriyada "Ərəb Baharı"nın davamını gətirməyə çalışdı. Nəzərə alaq ki, Bəşər Əsədin yanında Rusiya, Çin və İran kimi qüvvələr var. Bunların fonunda da ABŞ çox çətinliyə düşüb. Ağ Ev isə hansı yolla olursa olsun, Suriyanı işğal etməlidir. Həmin ssenarini Türkiyənin əli ilə həyata keçirə bilmədi, buna görə də planlarını gerçəkləşdirmək üçün İsraili qabağa verir. İsrail isə istədiyi vaxt Suriyanı bombalayır, Əsəd həm Vaşinqtona, həm də rəsmi Təl-Əvivə vaxt verib. Bir tərəfdən İsrailin Suriyaya müharibə elan etməsi sərfəlidir, çünki belə olacağı təqdirdə daxildəki vətəndaş müharibəsi xarici müharibəyə çevriləcək. İsrail isə hələlik bu məsələlərdə ABŞ-ın tapşırıqlarını icra edir. Suriya İsrailə silahlı cavab versə Hizbullah, Livan avtomatik olaraq məsələyə müdaxilə edəcəklər. Bu isə faktiki olaraq III Dünya Müharibəsinin başlanması olacaq. İranın İsraili "yer üzündən silməsi" məsələsi yenidən gündəmə gələ bilər. Çünki, İsraillə bağlı digər Ərəb dövlətlərinin də problemləri var. İsrailin müttəfiqləri İngiltərə və ABŞ olduğu üçün onlar cızıqlarından çıxa bilmirlər. Amma hadisələr idarəolunmaz səviyyəyə çatsa bu, İsrailin sonu ilə nəticələnəcək. İsrailin Yaxın Şərqdəki şıltaqlıqları birbaşa ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən icra olunur. İndiki məqamda isə İsrail daxilində hakimiyyət böhranı hökm sürür. Rəsmi Təl-Əviv isə həmin böhranı müharibə yolu ilə aradan qaldırmağa çalışır. İsrail buna görə Suriya məsələsini gündəmə gətirir. Suriyaya məxsus Colan təpələrinin İsrail tərəfindən işğal olunması faktına görə isə rəsmi Dəməşq millətçilik məsələsini gündəmə gətirə bilər. Bu amil isə faktiki olaraq qarşı qüvvələrin İsrailə qarşı fəallaşması demək olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00