Milli Şura müxalifətin parçalanmasına xidmət edir

"Milli Şura ideyasının reallaşdırılması təşəbbüsu ilə çıxış  edən  Rustəm İbrahimbəyovun danışıqların gedişi ilə  bağlı verdiyi son açıqlamalara baxmayaraq proses yenə də qapalı və dar cərcivədə davam etdirilir. Danışıqların dar çərçivədə, üçlü formatda  və qapalı davam etdirilməsi Milli Şura ideyasının reallaşdırılmasına deyil, müxalifətin parçalanmasına, yenidən qruplaşmasına aparır". Bu fikirlər Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaymış olduğu bəyanatda öz əksini tapıb. Qurumdan "OLAYLAR"-a daxil olan bəyanatın mətnində qeyd olunub ki, ölkənin bütün demokratik qüvvələri  vaxt itirmədən geniş tərkibli təşkilat komitəsinin yaradılmasına dəstək verməlidir: "Biz bütün tərəfləri danışıqları intensivləşdirməyə, prosesi açıq və şəffaf aparmağa və nəhayət müxalifətin geniş koalisiyasının  yaradılması üçün səmərəli çalışmalara başlamağa çağırırıq. Yaradılacaq   geniş  birlik ictimai və  siyasi baxımdan legitim olmalı, bunun üçün də geniş əsaslarda, müəyyən kriteriyalarla yaradılmalı , cəmiyyətin ümumi maraqları şəxsi və qrup maraqlarına qurban verilməməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00