BAXCP-nin seçkidə öz namizədi olacaq
7 May 2013 17:50 SiyasətBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi partiyanın qurultayında müəyyən ediləcək. Belə bir açıqlama ilə çıxış edən partiyanın sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, BAXCP-nin qurultayı yaxın vaxtlarda keçiriləcək: "Qurultayda seçki blokunun yaradılması məsələsinə də baxıla bilər. Ancaq düşünürəm ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etməyə üstünlük verəcək". Niyaməddin Orduxanlı təmsil etdiyi partiyanın prezident seçkilərində birmənalı olaraq iştirak edəcəyini də diqqətə çatdırıb: "Çünki partiyanın İdarə Heyətinin qərarı var ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00