Müxalifətin geniş formatda əməkdaşlıq imkanları reallaşmayıb

"Vətən" Siyasi Bloku olaraq müxalifətin əməkdaşlığına münasibətimiz müsbətdir. Ancaq təəssüflər olsun ki, hələ də müxalifətin geniş formatda əməkdaşlıq imkanları reallaşmayıb". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev səsləndirib. Partiya sədri yaradılması nəzərdə tutulan Milli Şura ilə bağlı da fikirlərini bildirib. Qeyd edib ki, hələlik Milli Şura adlı bir qurum mövcud olmadığından onun haqqında heç nə demək mümkün deyil: "Belə ki, olmayan şey haqqında nə demək olar ki? Bu adda bir qurum yaranarsa biz onun məqsədləri, vəzifələri, məramı, hədəfi, proqramı ilə tanış olduqdan sonra konkret nə isə deyə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00