Cənubi Qafqaz Forumunun yekun bəyannaməsində Qarabağla bağlı çağırış olacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib

Bu gün Bakıda keçirilən Cənubi Qafqaz Forumunun yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün növbəti çağırış olacaq. ANS PRESS-in məlumatına görə, bunu Forum çərçivəsində jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
Komitə sədrinin sözlərinə görə, sənəddə BMT-nin Azərbaycanın işğal altında olan ərazilərinin boşaldılmasını nəzərdə tutan qətnamələrinin yerinə yetirilməsinə dair çağırış olacaq: ""Ola bilər ki, ATƏT-in Minsk qrupunun daha da gücləndirilməsi ilə bağlı fikirlər söylənilsin. Azərbaycanla bağlı bir çox digər vacib məsələlər müzakirə oluna bilər. Bu da öz növbəsində ölkəmizin haqq səsinin eşidilməsinə kömək edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00