Azərbaycan Asiya ölkələri ilə əməkdaşlıqda maraqlıdır

Mayın 6-da xarici işlər naziri Elmar Məmmədyarov Şri Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Basil Racapaksa ilə görüş keçirib.
Basil Racapaksa, Azərbaycan-Şri Lanka əlaqələrinin turizm, mədəniyyət, qarşılıqlı investisiyaların qoyulması kimi sahələrdə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Asiya regionu ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Nazirlər iki ölkənin iqtisadi əməkdaşlıq potensialının öyrənilməsi məqsədilə hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsi üzrə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00