Azərbaycanla Şri-Lanka arasında protokol imzalanıb

Mayın 6-da xarici işlər naziri Elmar Məmmədyarov Şri Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gamini Lakşman Peiris ilə görüş keçirib. 

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Gamini Lakşman Peiris bu münasibətlərin iqtisadi, ticarət, investisiyalar, enerji və turizm sahələrini də əhatə etməsinin əhəmiyyətini vurğulayıb. Şri-Lankanın xarici işlər naziri Azərbaycanı regionun iqtisadi inkişafına nail olmuş ölkə kimi səciyyələndirib, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini onun artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayıb. 

Azərbaycanın xarici işlər naziri Şri Lankanın çay istehsalı sahəsində zəngin təcrübəsini nəzərə alaraq, bu sahədə ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb. Nazir, həmçinin, mədəniyyət, enerji, turizm, dəniz nəqliyyatı sahələrində əməkdaşlıq üçün imkanların olduğunu nəzərə çatdırıb.  Görüşdə, həmçinin, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.  Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Şri Lanka Demokratik Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair protokol imzalanıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00